Qubada piyada yol-nəqliyyat hadisəsinin səbəbkarı olub. Bu barədə 13 noyabr tarixində ShimalNews-a məlumat daxil olub.

Şahidlərin sözlərinə görə, qəza axşam saat 22:00-da baş verib. “VAZ 2106” markalı avtomobil Heydər Əliyev prospekti ilə hərəkət edərkən, gözlənilmədən qarşısına qadın çıxıb. Sürücü idarə etməni itirərək, yol kənarında park edilən “Azsamand” markalı minik avtomobilinə çırpılıb.

Hadisə yerinə DYP-nin əməkdaşları cəlb olunub. Xəsarət alan olmayıb.

Daha öncə, Xaçmazda qohumlar ardıcıl qəzaya düşmələri haqqında məlumat vermişdik.