Quba: Konstitusiya Gününə həsr edilmiş tədbir keçirilib

13 Noyabr 2021, 11:17

Foto azərtac

Tədbir Ombudsmanın Quba Regional Mərkəzi tərəfindən təşkil olunub

Qubada 12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiya Gününə həsr edilmiş tədbir baş tutub. Bu barədə ShimalNews 13 noyabr tarixində Azərtac-a istinadən məlumat verir.

Tədbir Ombudsmanın Quba Regional Mərkəzi tərəfindən videokonfrans rejimində keçirilib. Burada qeyd olunan qurumların əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxış edən Mərkəzin rəhbəri Bəhruz Əfəndiyev iştirakçıları salamlayaraq, 26 illiyi qeyd edilən konstitusiyamızın əhəmiyyəti və bu ali qanunvericilik aktının vətəndaşlarımıza verdiyi hüquq və azadlıqlar barədə ətraflı məlumat verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.