Xaçmazlı ailə qəzaya düşüb

12 Noyabr 2021, 10:32

Foto arxiv

Onlar daha öncə qəzaya düşmüş qohumlarının ziyarətinə gedirdilər

Xaçmazda qohumlar ardıcıl qəzaya düşüblər və xəsarət alıblar. Bu barədə ShimalNews 12 noyabr tarixində Reporta-a istinadən məlumat verir.

Gəndob-Quba istiqamətində (İpək yolunda) yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 3 nəfərdən 2-si xəsarət alıb. Onlar Xaçmaz rayon mərkəzi xəstəxanasına çatıdırılıblar.

Zərərçəkmişlər Xaçmaz rayonunun Yeni Həyat qəsəbəsi sakinləridir. Müayinə zamanı 60 yaşlı Təyarə Ulubəyovaya baş-beyin silkələnməsi, təpə, beyinin cırılmış yarası və 24 yaşlı Elnur Ulubəyova döş qəfəsinin əziyi diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Təyarə, Elnur və Roman Ulubəyovlar bir neçə saat öncə qəzaya düşüb, ağır xəsarət alan qohumlarının yanına xəstəxanaya gedirdilər. Həmən qəza haqqında məlumat vermişdik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.