Nəticədə 6 nəfər müxtəlif xəsarətlər alıb
Xaçmazda 6 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Bu barədə ShimalNews 12 noyabr tarixində Report-a istinadən məlumat verir.
Hadisə Qusarçay kəndindən Yeni Həyat qəsəbəsinə gedən yolda qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində 6 nəfər müxtəlif xəsarətlər alıblar. Bunlar 20 yaşlı Nurlan Sadıyev, 21 yaşlı Emin Xasanov, 27 yaşlı Camaləddin Rüstəmov, 48 yaşlı Sərkər Həsrətov, 44 yaşlı Natella Sərkərova və Bayram Kikuladzedir.
Yaralılar xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.