Xaçmazda iki avtomobil toqquşub

12 Noyabr 2021, 18:05

Photo Shimal.News

Hadisə saat 16:30 radələrində qeydə alınıb

Xaçmazda yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə 12 noyabr tarixində ShimalNews-a məlumat daxil olub.

Hadisə Heydər Əliyev prospektində saat 16:30 radələrində qeydə alınıb. Eyni istiqamətdə hərəkət edən “VAZ-2107” markalı avtomobil “Hyundai Elantra” markalı avtomobil ilə toqquşub. Nəticədə “VAZ-2107” markalı avtomobilin sərnişinləri – ana və uşaq yüngül qorxu hissi keçiriblər.

Əraziyə yol polis əməkdaşları cəlb olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.