Xaçmazda kitabxana əməkdaşları şəhid məzarını ziyarət ediblər. Bu barədə 12 noyabr tarixində ShimalNews “Xaçmaz Regional Mədəniyyət İdarəsi”nin rəsmi Facebook səhifəsinə istinadən məlumat verir.

Qalağan kənd kitabxana işçiləri şəhid Kərəm Veyisovun məzarında olublar. Tədbir anım günü ilə əlaqədar keçirilib.

Kərəm Xaçmaz rayonu Cəfər Cabbarlı adına tam orta məktəbdə təhsil alıb. Kikboksinq üzrə üçqat dünya çempionu olub. Ölümündən sonra “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub .