Xaçmazda saat 16:45 radələrində yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə 12 noyabr tarixində ShimalNews-a məlumat daxil olub.

Həzi Aslanov küçəsində “Opel” və “VAZ” markalı minik avtomobilləri toqquşub. Nəticədə nəqliyyat vasitələrinə ziyan dəyib.

Xəsarət alan yoxdur.

Daha öncə, Xaçmaz bir ailənin 8 üzvü ardıcıl qəzaya düşmələri haqqında məlumat vermişdik.