Xaçmaz: 1-ci Qarabağ müharibəsinə könüllü qatılan şəhidin xatirəsi anılıb

12 Noyabr 2021, 18:35

Foto azərtac

Tədbir şəhidin doğma kəndində keçirilib

Xaçmazda 1-ci Qarabağ müharibəsi şəhidinin xatirəsi anılıb. Bu barədə ShimalNews 12 noyabr tarixində Azərtac-a istinadən məlumat verir.

Tədbir Əbilyataq kəndində baş tutub. İlk olaraq kənd qəbiristanlığında qəhrəman döyüşçünün məzarı ziyarət olunub, ruhuna dualar oxunub. Sonra şəhidin adını daşıyan kənd məktəbində keçirilən anım mərasimində onun keçdiyi şərəfli döyüş yolundan danışılıb.

Elçin Mövlamov 1971-ci ildə Xaçmaz rayonunun Əbilyataq kəndində anadan olub. O, 20 yaşında ilk könüllü döyüşçülərdən olub. 1991-ci il noyabrın 12-də Goranboy rayonu istiqamətində şəhidlik zirvəsinə ucalıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.