Qubanın futbol klubunda yeni təyinat olub. Bu barədə ShimalNews 12 noyabr tarixində “Şahdağ FK QUBA”-nın rəsmi Facebook səhifəsinə istinadən məlumat verir.

Rəvan Baxışov “Şahdağ” FK Qubanın vitse-prezidenti təyin olunub. O, ötən mövsüm adı çəkilən komandanın oyunçusu olub.

Rəvan Vətən müharibəsində Cəbrayıl, Füzuli və Xocavənd döyüşlərinin iştirakçısı olub.