Qubada “Yeni kitablar” adlı sərgi keçirilib. Bu barədə ShimalNews 12 noyabr tarixində Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəsmi Facebook səhifəsinə istinadən məlumat verir.
Mərkəzi kitabxananın uşaq şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir Quba Uşaq Gənclər – İdman – Şahmat məktəbində baş tutub. Burada kitabxana əməkdaşları, məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Sərgidə şagirdlər nümayiş etdirilən kitablarla həvəslə tanış olublar və maraqlandıqları kitabları əldə ediblər.