Quba rayonunda məktəbdə COVİD-19 aşkarlanıb. Bu barədə 12 noyabr tarixində ShimalNews-a məlumat daxil olub.

Qırmızı Qəsəbə İsaak Xanukov adına 1 saylı tam orta məktəbdə koronavirus qeydə alınıb. Bu səbəbdən 1 sinif  14 gün ərzində distant təhsilə keçib.

Daha öncə, Zərdabi kənd orta məktəbində şagirdin COVİD-19 virusuna yoluxması haqqında məlumat vermişdik.