Qəçrəş kənd məktəbi: “Hərbi Qənimətlər Parkı”na ekskursiya ediblər

12 Noyabr 2021, 11:35

Foto Quba Rayon Təhsil Şöbəsinin səhifəsindən

Şagirdlərə Vətən müharibəsi haqqında ətraflı məlumat verilib

Quba rayon Qəçrəş kənd tam orta məktəbin kollektivi “Hərbi Qənimətlər Parkı”na ekskursiya ediblər. Bu barədə ShimalNews 12 noyabr tarixində Quba Rayon Təhsil Şöbəsinin rəsmi facebook səhifəsinə istinadən məlumat verir.

Ekskursiya zamanı şagirdlərə Vətən müharibəsi haqqında ətraflı məlumat verilib. Həmçinin, döyüş bölgəsindən uzaq olan ərazilərin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi barədə faktlar da məktəblilərin diqqətinə çatdırılıb.

Şagirdlərə xalqımızın qazandığı tarixi qələbə haqqında dolğun məlumat yaratmaqla yanaşı, onlara qürurverici hisslər yaşadıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.