Şimalda böyrək daşı xəstəliyi digər rayonlarla müqayisədə daha çox yayılıb

12 Noyabr 2021, 16:41

Envato

Bu haqda Səhiyyə Nazirliyinin eksperti bildirib

Şimal bölgəsi böyrək daşı xəstəliyinin çox yayıldığı ərazilər arasında xüsusi yer tutur. Bu barədə ShimalNews 12 noyabr tarixində Apa-ya istinadən məlumat verir.

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Rauf Nağıyev “Böyrək daşı xəstəlikləri” mövzusunda çıxış edərkən bu haqda bildirib. O, qeyd edib ki, Şimal bölgəsi – Quba, Qusar və Xaçmaz rayonlarında böyrək daşları ilə bağlı müraciətlər daha çox olur.

Həmçinin, Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən, böyrək daşı xəstəliyinin çox yayıldığı ərazilər arasında Qafqaz regionu xüsusi yer tutur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.