Xaçmazda şəhid Kərəm Veyisovun ildönümü qeyd olunub. Bu barədə ShimalNews 11 noyabr tarixində Xaçmaz Rayon Gənclər və İdman İdarəsinin rəsmi Facebook səhifəsinə istinadən məlumat verir.
Veyisovun məzarı ziyarət olunub və xatirəsini yad edilib. Burada idman idarəsinin nümayəndələri və şəhidin ailə üzvləri iştirak ediblər.
Kərəm Veyisov kikboksinq üzrə üçqat dünya çempionu olub. O, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlının işğaldan azad olunmasında fəal iştirak edib. Veyisov ölümündən sonra “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Daha öncə, Xaçmaz şəhərində küçələrdən biri şəhid Kərəm Veyisovun adını daşıması barəsində məlumat vermişdik.