Yarış Xaçmaz Olimpiya İdman Kompleksində baş tutub
Xaçmazda “Vətənin müdafiəsinə hazıram!” adlı poliatlon çoxnövçülüyü üzrə respublika çempionatı baş tutub. Bu barədə ShimalNews 11 noyabr tarixində Azərtac-a istinadən məlumat verir.
Çempionat Xaçmaz Olimpiya İdman Kompleksində çağırışaqədər və çağırışyaşlı gənclər arasında keçirilib. Final mərhələsində ölkənin müxtəlif bölgələrindən 10 komanda olmaqla, ümumilikdə, 40 nəfər iştirak edib.
Yarışda Cəmşid Naxçıvanski adına Hərbi Liseyin komandası qalib gəlib.