Xaçmaz rayonunda güclü külək fəsadlar törədib. Bu barədə 11 noyabr tarixində ShimalNews-a məlumat daxil olub.

Xudat, Nabran və ətraf ərazilərdə elektrik təminatında naqillərin zədələnməsi nəticəsində fasilə yaranmışdır. Hadisə dünən saat 13:30-dan başlayaraq 19:00 radələrinə kimi davam edib. Artıq saat 21:00 radələrində işığın verilməsi bərpa olunub.

İlk olaraq mərkəz küçələrdə, daha sonra ətraf ərazilərdə bərpa prosesi həyata keçirilib.

Daha öncə, Şırvanovka-Yalama yolunda güclü küləyin fəsadları haqqında məlumat vermişdik.