Qusarda gömrük postuna aparan yol yararsız vəziyyətdədir

11 Noyabr 2021, 17:35

Photo Shimal.News

İşlər başlayandan sonra dayandırılıb

Qusar rayonunda “Samur” gömrük postuna aparan yolun təmirə ehtiyacı var. Bu barədə 11 noyabr tarixində ShimalNews-a məlumat daxil olub.

Sakinlər bildiriblər ki, Şirvanlı-Quxuroba yolunun təmiri 1 il öncə başlayıb və dayandırılıb. Uzun müddətdir ki, yol təmir olunmur. Bu vəziyyət nəqliyyat vasitələrinin tez-tez sıradan çıxmasına səbəb olur. Yağış yağdıqda çalalar görsənmir və palçıq olur. Yay fəsilndə isə hər tərəf toz-torpaq olur. Həmçinin, Quxuroba kəndinin daxili yolları eyni vəziyyətdədir.

Daha öncə, Xaçmaz-Quba istiqamətində yeni yolun sürücülərin istifadəsinə verilməsi haqqında xəbər dərc etmişdik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.