Qubada şəhid Rəvan Əhmədovun ailəsi il mərasimi keçirəcək. Bu barədə ShimalNews-a 11 noyabr tarixində məlumat verir.

Tədbir Əlibəyqışlaq kəndində 12 noyabr saat 12:00-da baş tutacaq. Ziyarət təşkil olunacaq və sonra şəhidin evində ehsan süfrəsi açılacaq. İştirak etmək istəyən hər kəs dəvətlidir.

Rəvan müharibə zamanı xüsusi təyinatlı qrupun kəşfiyyatçı-qumbaraatan köməkçisi kimi hərbi xidmətini yerinə yetirib. Şuşa şəhəri istiqamətində döyüşlərdə qəhrəmancasına şəhid olub. Ona ölümündən sonra “Vətən Uğrunda”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.