Qubada Vətən Müharibəsi şəhidinin il mərasimi keçirilib. Bu barədə ShimalNews 11 noyabr tarixində Quba Rayon İcra Hakimiyyətinin rəsmi Facebook səhifəsinə istinadən məlumat verir.

Daxili qoşunların çavuşu Orxan Ömərovun mərasimi Qonaqkənd qəsəbəsində baş tutub. Burada hərbi və digər dövlət qurumlarının rəhbər şəxsləri iştirak ediblər.

Ömərov noyabrın 7-də Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. O, ölümündən sonra “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Daha öncə, Orxanın doğum günündə anılması barədə məlumat vermişdik.