Quba rayonu Bağbanlı kəndində 12 noyabr tarixində şəhidlərimizin xatirəsini əbədiləşdirmək məqsədi ilə abidə-bulaq kompleksinin açılışı baş tutacaq. Bu barədə 11 noyabr tarixində ShimalNews-a məlumat daxil olub.
Burada xüsusi təyinatlı qüvvələrin kəşfiyyatçısı Seymur Qocayevin və Vətən uğrunda daha 3 şəhidin xatirəsi əbədiləşdirilib. Açılış mərasimi saat 11:00-da keçiriləcək. Həmçinin, kəndin yolunda şəhidlərin lövhələri qoyulub.
Daha sonra saat 12:00-da Ülviyyə restoranında ehsan süfrəsi veriləcək.
Seymur noyabrın 7-də Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. O, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Daha öncə, Quba rayon Çiçi kəndində şəhid Tahir Talıbovun xatirəsinə həsr olunmuş tədbir barəsində məlumat vermişdik.
