Quba Rayon Mərkəzi Xəstəxanası və Quba Müalicə-Diaqnostika Mərkəzinin birləşdirilməsi həyata keçirilib. Bu barədə ShimalNews 11 noyabr tarixində Apa-ya istinadən məlumat verir.

İslahat icbari tibbi sığorta üzrə dövlət agentliyi tərəfindən həyata keçirilib. Məqsəd xəstəxanaların kadr potensialı ilə maddi-texniki resurslarının birləşdirilməsi nəticəsində tibbi xidmətlərin keyfiyyətinin və onlara əlçatanlıq səviyyəsinin yüksəldilməsidir.

Daha öncə, adı çəkilən prosesin baş verəcəyi haqda məlumat vermişdik.