Şimalda məşhur olan turşunun hazırlanması

11 Noyabr 2021, 16:20

Photo Shimal.News

Onu urub adlandırırlar

Qubalı izləyicimiz Qəçrəşdə urub hazırlanması haqqında video və resept təqdim edib.

Şimal bölgəsində məşhur olan bu turşu adatən ət, balıq və çox yağlı yeməklərdə istifadə olunur. Onu əzgildən, alçadan, zoğaldan və göyəmdən hazırlayırlar.

Ədətən yabanı şəkildə bitən əzgildən hazırlanan urub ən yaxşısı sayılır. Bu meyvəni yığaraq yetişənə gədər yeşikdə saxlayırlar. Sonra yuyub qazana tökülür, üstünə su əlavə olunur və tam bişənə qədər qaynadılır. Növbəti mərhələdə bir neçə dəfə süzgəcdən və təmiz parçadan süzülür.

Əldə olunan məhlula duz qatılır və yenidən başqa bir qazana tökülür. Növbəti qaynama prosesi başlayır. Maye qatılaşandan sonra urub adlanılır.

Saxlanılması üçün şüşə qablar istifadə olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.