Buna səbəb siniflərdə koronavirusun aşkar olunmasıdır
Şimal bölgəsində fəaliyyət göstərən orta məktəblərin 14 sinifi distant təhsilə keçirilib. Bu barədə ShimalNews 11 noyabr tarixində Apa-ya istinadən məlumat verir.
Bugünki statistikaya görə, koronavirus aşkar edilməsi səbəbindən Xaçmazda 4, Qubada 9 və Qusarda 1 sinifdə dərslər onlayn formatda keçirilir.
Daha öncə, Qubada 40 məktəb sinfinin karantinə bağlanması barədə məlumat vermişdik.