Xaçmazda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Bu barədə ShimalNews 10 noyabr tarixində Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi səhifəsinə istinadən məlumat verir.
Çağırış ünvanına cəlb olunan əməkdaşlar mənzilin qapısını açıb və vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.