Hadisə Qımılqışlaq kəndində baş verib
Xaçmazda 2 azyaşlı uşaq anası intihar edib. Bu barədə ShimalNews 10 noyabr tarixində Report-a istinadən məlumat verir.
Hadisə Qımılqışlaq kəndində baş verib. 30 yaşlı Sevda Qurbanova özünü yaşadığı evin həyətində asıb.
Qadının yaxınlarının sözlərinə görə, intihara səbəb onun onkoloji xəstəlikdən əziyyət çəkməsi olub.
Faktla bağlı araşdırma aparılır.