Şırvanovka-Yalama yolunda güclü külək fəsadlar törədib. Bu barədə 10 noyabr tarixində ShimalNews-a məlumat daxil olub.
Külək ağacların budağlarını qırıb. Nəticədə yolun hərəkət hissəsində avtomobillərin hərəkətinə maneə yaranıb. Küləkli hava şəraiti davam edir. Axşam saatlarında yağış gözlənilir.
Daha öncə, Xaçmaz rayonu Nabran qəsəbəsində güclü külək bir sıra fəsadlar törədmişdir.