Qusarlı hərbiçi Türkiyədə vəfat edib

10 Noyabr 2021, 17:15

Foto bakutv

O, Xuray kəndində dəfn edilib

Qusardan olan hərbiçimiz Türkiyədə vəfat edib. Bu barədə ShimalNews 10 noyabr tarixində “Baku TV“-yə istinadən məlumat verir.

Komando kursunda iştirak edən kapitan Rafiq Quliyev bədbəxt hadisə nəticəsində xəsarət alıb. Onu xəstəxanaya təxliyə ediblər, lakin həyatını xilas etmək mümkün olmayıb.

Onun nəşi vətənə gətirilib və Xuray kəndində torpağa tapşırılıb. Quliyevin dəfni atasının ildönümü ilə eyni günə təsadüf edib. Mərasimdə Müdafə Nazirliyinin əməkdaşları, döyüş və iş yoldaşları iştirak edib.

Rafiq Quliyev “Aprel döyüşləri”ndə iştirak edib və “İgidliyə görə” medal ilə təltif olunub. Vətən müharibəsi başlanan ilk gündən kəşfiyyatçı kimi döyüşlərə qatılıb. Füzuli, Qubadlı, Xocavənd, Zəngilan, Laçın uğrunda gedən döyüşlərdə şücaət göstərib. Qəhrəmanlığı və igidliyi qiymətləndirilərək vaxtından əvvəl kapitan rütbəsinə layiq görülmüşdür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.