Qusarda yol-nəqliyyat hadisəsi baş verib

10 Noyabr 2021, 10:05

Photo Envato

Avtomobil piyadanı vurub

Qusarda avtomobil yolu keçən piyadanı vurub. Bu barədə ShimalNews 10 noyabr tarixində Reporta-a istinadən məlumat verir.

Hadisə Həsənqala kəndində baş verib. Nəticədə 40 yaşlı Səxavət İsmayılov xəsarət alıb.

İlkin olaraq yaralı Qusar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanaların birinə aparılıb. Ona bədənin müştərək, qapalı kəllə-beyin travması və baş-beynin ağır dərəcəli əzikləri diaqnozları qoyulub.

İsmayılov reanimasiya şöbəsinə yerləşdirilib. Hadisənin təfərrüatı araşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.