DYP reyd keçirib
Qusarda DYP-nin əməkdaşları reyd keçiriblər. Bu barədə ShimalNews 10 noyabr tarixində Azərtac-a istinadən məlumat verir.
Rayonun küçə və prospektlərində dayanma-durma qaydalarını pozan sürücülərə qarşı tədbir keçirilib. Onlar barəsində inzibati protokollar tərtib olunub və dayanacaqların boşaldılması təmin edilib.
Daha öncə, Xaçmaz rayonunda koronavirus infeksiyasının qarşısını almaq üçün reyd keçirilməsi haqqında məlumat vermişdik.