Qubanın futbol klubu yoxlama oyununda qələbə qazanıb. Bu barədə ShimalNews 10 noyabr tarixində klubun rəsmi Facebook səhifəsinə istinadən xəbər verir.
“Şahdağ” FK Qubanın rəqibi I divizion iştirakçısı “Sumqayıt 2” komandası olub. Oyun 4-2 hesablı ilə nəticələnib.
Daha öncə, Qubanın “Şahdağ” futbol klubunun 5-ci yoxlama oyununun keçirilməsi haqqında məlumat vermişdik.