Quba rayonunda noyabrın 11-də “Açıq mikrofon” aksiyası təşkil olunacaq. Bu barədə ShimalNews 10 noyabr tarixində Azəriqaz İB-nin rəsmi Facebook səhifəsinə istinadən məlumat verir.
Timiryazev qəsəbəsində (Müalicə Diaqnostika Mərkəzinin qarşısı, Gənclər parkı) baş tutacaq tədbirdə sahibkarları maraqlandıran suallar cavablandıracaq.
“Səyyar qəbul otağı” saat 11:00-dan 13:00-a qədər fəaliyyət göstərəcək. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.