Qubada qazilərə və şəhid ailələrinə ödənişsiz gitara dərsləri keçirilir. Bu barədə 10 noyabr tarixində ShimalNews-a məlumat daxil olub.

Dərslər Heydər Əliyev Mərkəzində Ağa İsmayılov tərəfindən qrup şəklində təşkil olunur. Məşğələ həftənin 1-ci və 4-cü günləri saat 13:00-17:00 arası keçirilir.

Daha öncə, Qusarda şəhid övladları üçün keçirilən pulsuz gitara dərsləri barəsində məlumat vermişdik.