Quba şəhidinin xatirəsi anılıb

10 Noyabr 2021, 12:20

Foto azərtac

Baş çavuşun məzarı ziyarət olunub

Qubada şəhid baş çavuşun xatirəsi anılıb. Bu barədə ShimalNews 10 noyabr tarixində Azərtac-a istinadən məlumat verir.

Paşaoba kəndində Vətən müharibəsi şəhidi Əskər Əhmədovun doğum günündə xatirəsi anılıb. Onun məzarı üstünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla anılaraq, ruhuna dualar oxunub.

Anım mərasimində Quba Rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhidin döyüş yoldaşları, ailə üzvləri və kənd sakinləri iştirak ediblər.

Əhmədov 1990-cı il noyabrın 9-da Quba rayonunun Paşaoba kəndində anadan olub. Əsgərliyini bitirdikdən sonra müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunub. O, Vətən müharibəsində Füzuli və Cəbrayıl uğrunda döyüşüb. 2020-ci il oktyabrın 5-də yaxınlığında artilleriya mərmisinin partlaması nəticəsində şəhidlik zirvəsinə yüksəlib. “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.