Şimalda gömrükçülər tərəfindən yük avtomobillərində gizlədilən narkotik vasitə tapılıb. Bu barədə 10 noyabr Dövlət Gömrük Komitəsi məlumat verib.

“Samur” gömrük postunda, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “DAF” markalı yük avtomobili saxlanılıb. Onun yanacaq çəni metal lövhə ilə iki hissəyə bölündüyü, bir hissədə dizel yanacağı, digər hissədə isə qablaşdırılması ilə birlikdə çəkisi 320 kiloqram 600 qram olan narkotik vasitə – heroin aşkar edilib.

“Qabıqlı püstə” və “xurma” yükü aparan həmin avtomobil Azərbaycandan tranzit keçməklə Moldovaya hərəkət edirdi.