Xaçmazda yük maşının iştirakı ilə qəza baş verib. Bu barədə 9 noyabr tarixində ShimalNews-a məlumat daxil olub.

Məlumata əsasən, hadisə saat 14:00-14:30 radələrində Canaxır kəndində qeydə alınıb. “GAZ-53” markalı yük maşını qəflətən “VAZ 2107” markalı avtomobilin qarşısına çıxıb. Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan minik avtomobilin sürücüsü xəstaxanaya aparılıb. Onun vəziyyəti ağır olaraq qiymətləndirilir.

Hadisə yerinə yol polis əməkdaşları cəlb olunub.