Xalq Bank Qusar filialına “Müştəri xidməti şöbəsinin mütəxəssisi” üzrə vakansiya elan edib.
Namizədlərə qarşı tələblər
- Maliyyə, İqtisadiyyat, Menecment və hüquq sahəsində ali magistr təhsili;
- Kompüter bilikləri;
- Bank və ya bank olmayan kredit təşkilatında təcrübə arzuolunandır;
- Riyazi hesablama aparmaq qabiliyyəti;
- Mükəmməl kommunikasiya və insanları inandırma qabiliyyəti;
- Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün).
İş barəsində məlumat
- Müştərilərin müraciətlərini cavablandırmaq, bankın məhsul və xidmətləri haqqında ətraflı, dolğun məlumat və məsləhətlər vermək;
- Müştərilərin eyniləşdirilməsini təmin etmək, onlara müvafiq hesablar açmaq (hesabları bağlamaq), hesab sahibinin tapşırıqlarına əsasən müvafiq əməliyyatların aparılmasını təmin etmək;
- Əməliyyatın aparılması üçün müştərilərin təqdim etdiyi sənədləri (müqavilələri, hesab-fakturaları və digər sənədləri) yoxlamaq;
- Müştərilərin istəyinə uyğun olaraq onlara hesab qalıqları barədə arayış və çıxarış tərtib edərək təqdim etmək;
- Cari sənədlərin yığılması, saxlanılması və arxivləşdirilməsini həyata keçirmək.
Tələblərə uyğun olan namizədlər cv-ləri azərbaycan dilində, Xalq Bankın cv formasını doldurmaqla [email protected] mail ünvanına göndərə bilərlər.