Əməliyyat-axtarış tədbirlərindən biri Barlı kəndində keçirilib
Qubada bir neçə oğurluqlar etməkdə şübhəli bilinən şəxslər polis tətəfindən saxlanılıb. Bu barədə ShimalNews 9 noyabr tarixində Azərtac-ya istinadən məlumat verir.
Keçirilən araşdırma nəticəsində müxtəlif şəxslərə məxsus, ümumilikdə 2 baş inəyi və 7 baş keçini oğurlamaqda şübhəli bilinən Rustov kənd sakini, əvvəllər məhkum olunmuş E.Maxsudov və T.Ağamirzəyev tutulublar.
Digər əməliyyat-axtarış tədbirləri Barlı kəndində keçirilib. Burada 1 baş iribuynuzlu heyvanı oğurlamaqda şübhəli bilinən Bəhruz Mehrivari saxlanılıb.
Daha bir reyd nəticəsində Quba rayonu bazar ərazisindən 1 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Natiq Nuriyev saxlanılıb.
Faktlarla bağlı araşdırma aparılır.