Qubanın magistral küçələrinin birində kanalizasiya quyusunun qapağı yoxdur. Bu barədə 9 noyabr tarixində ShimalNews-a məlumat daxil olub.
M.P. Vaqif küçəsində yolun hərəkət hissəsində yerləşən lyuk açıq vəziyyətdədir. Sakinlərin sözlərinə görə, bu hal uzun zaman davam edir. Sürücülər çıxış yolu olaraq lyukun içərisinə kərpiç və taxta parçaları ilə doldurublar.
Daha öncə, Heydər Əliyev prospekti ilə Əziz Əliyev küçəsinin kəsişdiyi ərazidə lyuk qapağın sınması barədə məlumat vermişdik.
