Quba-Qusar yolunun Dağlı kəndi ərazisində yol qəzası baş verib. Bu barədə 9 noyabr tarixində ShimalNews-a məlumat daxil olub.

Məlumata əsasən, hadisə saat 09:30 radələrində qeydə alınıb. “Mercedes” markalı avtomobil “Land Rover” markalı avtomobil ilə toqquşub. Qəza yerinə yol polis əməkdaşları cəlb olunub. Xəsarət alan “Land Rover” markalı avtomobilin sərnişini xəstaxanaya aparılıb.

Daha öncə, Qubada Əliqulu Nərimanov və Qələbə küçələrini kəsişməsində baş vermiş qəza barəsində məlumat vermişdik.