Şollar su kəməri: Bakının 100 ildən atıq su mənbəyi

9 Noyabr 2021, 13:00

Foto azərtac

Bu, o dövrdə Rusiyada ən uzun su kəməri olub

Şollar su mənbəyi Xaçmaz rayonunun Xudat şəhəri yaxınlığındakı Şollar kəndində yerləşir. Abşeron yarımadasının içməli su təhcizatı üçün çəkilmiş bu xətt Bakıya çəkilən ilk su kəməri idi. Bundan əvvəl Bakı şəhərinə ölkənin bir neçə yerindən su kəməri çəkmək təklifləri olmasına baxmayaraq, onlar çox xərc tələb etdikləri üçün qəbul olunmamışdır.

Şollar su mənbəyi ingilis mühəndisi Vilyam Lindley tərəfindən aşkarlanmışdır. Lindleyi 1899-cu ildə Hacı Zeynalabdin Tağıyev Bakı şəhərinin su çatışmazlığı həll etmək üçün Azərbaycana dəvət etmişdi. Lakin kəmərinin çəkilişi üçün lazım olan vəsait tapılmamışdır və bu məsələ bir neçə il həll olunmamışdır.

Kəmərin çəkilişi məqsədilə, 6 oktyabr 1909-cu ildə çar II Nikolay xərcin 27 milyon rubldan çox olmamaq şərtilə, fərman imzalamışdır. Lakin Birinci Dünya müharibəsi və tikinti zonasında yayılmış vəba epidemiyası kəmərin çəkilişini bir neçə il ləngitmişdir.

Şollar kəmərinin tikintisi 1911-1917-ci illərdə davam edirdi və üç mərhələdən ibarət idi. Bu, o dövrdə Rusiyada ən uzun su kəməri olub. Şollar su mənbəyindən Bakıya çəkilən kəmər 18 fevral 1917-ci ildə istismara verilmişdir.

1969-cu ilə qədər Bakı və Sumqayıt şəhərləri içməli su ilə 3 mənbədən: Şollar, Xaçınaz su kəmərləri və Ceyranbatan su anbarından təmin olunurdu.

2017-ci ildə su kəmərinin Şollar su kəmərinin 100-illiyi keçirilib.

Mənbələr:

  1. Nizami Xudiyev. Xaçmaz: görüşlər, düşüncələr. Bakı 2014
  2. 23 fevral 2017-ci il, cümə axşamı Xalq qazetı s.10.
  3. Azərbaycan Milli ensiklopediyası. Bakı-2007.
  4. Azərbaycan Sovet Ensiklopediyası. X cild. Bakı-1987.

(http://www.anl.az/down/meqale/xalqqazeti/2017/fevral/530371.pdf)

  1. https://web.archive.org/web/20160304134006/http://btime.az/page.html?id_node=415&id_file=2723&lang=/
  2. “Şollar-Bakı su qurğuları kompleksi – 100 il: əbədi həyat mənbəyi” – AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi (azertag.az)
  3. https://www.azersu.az/az/static/7/link/6

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.