Xudat şəhərində Zəfər Günü münasibəti ilə pulsuz çörək paylanıb. Bu barədə ShimalNews-a 8 noyabr tarixində məlumat daxil olub.
Mirzə Fətəli Axundov küçəsində yerləşən “Xudat təndir evi” xeyriyyə məqsədi ilə belə bir addım atıb. Burada əhaliyə çörək təmənnasız paylanıb.
Daha öncə, Xaçmaz şəhərində müharibə iştirakçılarının ailələrinə dəstək üçün xeyriyyə işləri görüldüyü haqda məlumat vermişdik.