Xaçmaz rayonunda 8 Noyabr- Zəfər Günü qeyd olunmağa başlayıb. Bu barədə ShimalNews-a 8 noyabr tarixində məlumatlar daxil olub.

İlk olaraq sakinlər və dövlət qurumlarının nümayindələri Şəhidlər xiyabanını ziyarət edilər. Qəhramanlarımızın ruhu ehtiramla yad edilib, məzarlarına güllər qoyulub.

Daha sonra, Zəfər parkında tədbir davam etdirilib. Dövlət himnini orkestr səsləndirib, Qarabağ döyüşləri iştirakçıları, şəhid anaları, icra başçısı və Azərbaycan Respublikası Ağsaqqallar Şurası çıxış ediblər.

Məktəblilər burada iştirak edənlərin qarşısında bir sıra ilə durublar. Onlar hər bir şəhidin ayrılıqda şəkli olan lövhələridədə əllərində tutublar. Həmçinin, orada şagirdlərin əl işləri və rəsmləri sərgilənir.

Photo Shimal.News
Photo Shimal.News
Photo Shimal.News
Photo Shimal.News
Photo Shimal.News
Photo Shimal.News