Xaçmazın Qusarçay kəndində şəhidlərin abidə-bulaq kompleksi istifadəyə verilib. Bu barədə ShimalNews-a 8 noyabr tarixində məlumat daxil olub.

Tədbirdə dövlət qurumların nümayəndələri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları və kənd sakinləri iştirak ediblər.

Kompleksin tikintisi Qusarçay kənd sakini, sahibkar Xanlar Eldarovun təşəbbüsü ilə baş tutub. Burada 9 şəhidimizin xatirəsi əbədiləşdirilib. Onlardan 3 nəfəri 44 günlük Vətən müharibəsində, 6 nəfəri isə 1-ci Qarabağ savaşında şəhidlik zirvəsinə ucalıb.