Xaçmazda baş çavuş Kamil Şıxmuradovun xatirəsi anılıb

8 Noyabr 2021, 17:25

Foto açıq məmbələrdən

O, Qubadlı-Laçın döyüşlərində şəhidlik zirvəsinə ucalıb

Xaçmazda baş çavuş Kamil Şıxmuradovun xatirəsi anılıb. Bu barədə ShimalNews 8 noyabr tarixində Bashara TV-ə istinadən məlumat verir.

Şəhadətin ildönümü Fərzəlioba kəndində qeyd olunub. Burada dövlət qurumlarının nümayəndələri, şəhidin döyüş yoldaşları, ailə üzvləri və kənd sakinləri iştirak ediblər. Daha sonra şəhidin məzarı ziyarət olunub.

Kamil Azərbaycan ordusunun mühəndis-istehkam qoşunlarının baş çavuşu olub. O, 25 dekabr 1978-ci ildə Xaçmazın Xudat şəhərində anadan olub. Aprel döyüşlərində də iştirakçısı olan Şıxmuradov, bununla əlaqədar general-mayor Mais Bərxudarov tərəfindən müvafiq qaydada mükafatlandırılıb. 2018-ci ildə isə Azərbaycan Ordusunun 100 illik yubileyi medalı ilə təltif edilib. Noyabrın 6-da Qubadlı-Laçın istiqamətində gedən şiddətli döyüşlər zamanı döyüş meydanında şəhidlik zirvəsinə ucalıb və növbəti gün torpağa tapşırılıb. Ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.