Zəfər tariximizi yazan qəhrəmanlar haqqında danışılıb
Qusarda Qarabağ uğrunda gedən döyüşlərdə sağlamlığını itirmiş müharibə iştirakçılarına həsr edilmiş tədbir baş tutub. Bu barədə ShimalNews 8 iyun tarixində Qusar Gəncləri rəsmi facebook səhifəsinə istinadən məlumat verir.
“Zəfər tariximizi yazan qəhrəmanlar” mövzusunda iclas keçirilib. Burada qazilər, rayon ictimaiyyətinin nümayəndələri və gənclər iştirak ediblər. Şəhidlərin xatirəsi yad edilib.
Daha sonra, qonaqlar Qusar rayon Mədəniyyət Mərkəzinin hazırladığı konsert proqramı ilə tanış olublar və viktorina keçirilib.