Quba şəhərində 8 Noyabr – Zəfər Günü münasibəti ilə atəşfəşanlıq keçiriləcək. Bu barədə ShimalNews-a 8 noyabr tarixində məlumat daxil olub.
Tədbir saat 19:00-da Heydər Əliyev parkında baş tutacaq. Hal-hazırda quraşdırılma prosesi aparılır. Ərazi mühafizə olunub və kənar şəxslər yaxın buraxılmır.
Daha öncə, Qubada Zəfər gününə həsr olunmuş sərgi haqqında məlumat vermişdik.