Qubada 8 Noyabr- Zəfər Günü ilə bağlı tədbir baş tutub

8 Noyabr 2021, 11:05

Foto azərtac

Burada şəhid ailələri və qazilər iştirak ediblər

Qubada 8 Noyabr- Zəfər Günü şəhid ailələri və qazilərlə birlikdə tədbir baş tutub. Bu barədə ShimalNews 8 noyabr tarixində Azərtac-a istinadən xəbər verir.

Rayon üzrə tədbirlərdə şəhid ailələri, Vətən müharibəsi qaziləri iştirak ediblər. Onlar əvvəlcə rəsm əsərlərindən və əl işlərindən ibarət sərgilərlə tanış olublar. Daha sonra tanınmış incəsənət nümayəndələrinin iştirakı ilə konsert proqramı keçirilib.

Həmçinin, şəhidlərimizin fotoları əks olunan köynəklər geyinmiş gənclər Azərbaycan və Türkiyə bayraqlarını dalğalandırıb, Vətən müharibəsi şəhidlərinə ehtiramlarını ifadə ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.