Quba rayonunda Vətən müharibəsi şəhidlərinə həsr olunmuş tədbirlər keçirilib. Bu barədə ShimalNews 8 noyabr tarixində Quba Rayon İcra Hakimiyyətinin rəsmi Facebook səhifəsinə istinadən məlumat verir.
Qəhrəman Mehrab Niftəliyevin il mərasimi keçirilib. Burada şəhid ailələri, qazilər, dövlət qurumların əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Həmçinin Sırt Çiçi kəndində şəhid Tahir Talıbovun xatirəsinə yaradılmış bulaq-xatirə kompleksinin açılışı və şəhidin il mərasimi baş tutub.