Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında Zəfər gününə həsr edilən interaktiv mühazirə keçirilib. Bu barədə ADPU-nin facebook səhifəsində paylaşım edilib.
Məruzəçi Aytac Səlimova Qarabağın düşmən tapdağından azad olduğu, yenidən dirçəldiyi və Zəfər Günü haqqında məlumat verib. Tədbir zamanı Mehrab Musayev və digərləri şəhid Xudayar Yusifzadənin ifasında səslənmiş “Vətən yaxşıdır” musiqisini canlandırıblar.
Sonda Şəhid ailələrinə və müharibə iştirakçılarının valideynlərinə Minnətdarlıq məktubları ünvanlanıb və Tələbə Gənclər Təşkilatı fəallarının müxtəlif obrazlarda hazırladıqları kompozisiya nümayiş olunub.