Xaçmazda yeni modul tipli məktəb binasının açılışı keçirilib

6 Noyabr 2021, 11:24

Foto azərtac

Məktəb Şəhid Qürbət Babayevin adını daşıyacaq

Xaçmazda Zəfər Günü ərəfəsində Xudat kənd ümumi orta məktəbin yeni modul tipli binasının açılışı baş tutub. Bu barədə ShimalNews 6 noyabr tarixində Azərtac-a istinadən xəbər verir.

Şəhid Qürbət Babayevin adını daşıyan modul tipli binada 124 şagird yerlik məktəb binasında 9 sinif və digər təyinatlı otaqlar var. Məktəb yanğın xəbərdarlıq sistemi, işıq və su təchizatı ilə təmin olunub.

Açılış mərasimində rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev çıxış edib. O, müəllim və şagirdləri Zəfər Günü və yeni məktəb binasının açılışı münasibətilə təbrik edib və onlara təhsildə uğurlar arzulayıb.

Daha öncə, Xaçmaz rayon Şəmsəddin Sədiyev adına Qımılqışlaq kənd tam orta məktəb binasının əsaslı təmirdən sonra istifadəyə verilməsi barəsində xəbər vermişdik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.